Gəncə Dövlət Kukla teatrı Bakıda festivalda təmsil olunacaq. Bu haqda 26 noyabr tarixində festivalın saytına istinadən məlumat veririk.
“4.4 Qısa Tamaşalar Festivalı” “Şuşa İli”nə həsr olunub. Burada 10-12 tamaşanın nümayişi nəzərdə tutulub. 28 noyabr tarixində saat 12:00-da Gəncə Dövlət Kukla Teatrı tərəfindən “Dərdlərimin çamadanı“ adlı monotamaşa səhnəyə qoyulacaq.
Tədbir Bakıda, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında baş tutacaq.