16.9 C
Gence
16.9 C
Gence

Dörd şəhidin xatirəsi anılıb

Gəncədə dörd şəhidin anım mərasimi keçirilib. Bu haqda Gencexeber.az-a 12 noyabr tarixində məlumat daxil olub.

Bu gün igidlərimiz Rəşad Ələkbərov, Həsən Abdullayev, Qəzənfər Məmmədov və Vidadi İsrafilovun şəhidlik zirvəsinə ucaldığı gündür. Bu səbəbdən Gəncə şəhər Şəhidlər xiyabanında mərasim baş tutub. Tədbirdə Gəncə şəhər, Nizami və Kəpəz rayonları, həmçinin Daşkəsən rayon icra başçıları, Regional Təhsil idarəsinin, Gənclər və idman idarəsinin rəisləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri üzrə nümayəndəliyinin rəisi, şəhidlərin ailələri, qohumları və yaxınları iştirak ediblər.

Ziyarətçilər məzarların önünə güllər qoyub, şəhidlərin xatirəsini anıblar. Həmçinin burada ehsan süfrəsi də açılıb.

Ən Çox Oxunan