Gəncədə respublika olimpiadasına hazırlıq olacaq. Bu haqda 21 aprel tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat veririk.
VI Robot Olimpiadasına qeydiyyat başlayıb. “Dünyanı birləşdirək” (Connecting the World) mövzusunda keçiriləcək Respublika Olimpiadası 21-23 iyul 2023-cü ildə Milli Gimnastika Arenasında təşkil ediləcək.
Müsabiqəyə hazırlıq məqsədilə Gəncə Gənclər Evində komandalar üçün sınaq testləri və texniki konsultasiyalar keçiriləcək.
Ətraflı məlumat üçün 28 May küçəsi, 34 ünvanında yerləşən mərkəzə yaxınlaşmaq lazımdır.