14.1 C
Gence
11.5 C
Ganja

Dünya Torpaq Günü ilə əlaqədar konfrans baş tutacaq

Gəncədə konfrans təşkil olunacaq. Bu haqda 8 noyabr tarixində ADAU-ya istinadən məlumat veririk.

“Ümumdünya Torpaq Günü: dayanıqlı kənd təsərrüfatında torpaq amili” mövzusunda Respublika elmi-praktiki konfransı Dünya Torpaq Günü ilə əlaqədar olaraq keçiriləcək. Tədbir 5 dekabr tarixində baş tutacaq.

Konfrans dörd dildə (Azərbaycan, türk, rus və ingilis) əyani və onlayn (hibrid) formada təşkil olunacaq. Burada aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:

  • Torpaq münbitliyi və dayanıqlı kənd təsərrüfatı;
  • Torpağın erroziyası və mühafizəsi;
  • Torpağın çirklənməsi, deqradasiyası və bərpası;
  • Torpaqların meliorasiyası və rekultivasiyası;
  • Torpaq resursları və iqlim dəyişikliyi;
  • Torpaq biomüxtəlifliyi və monitorinqi;
  • Torpaqşünaslıq təhsili və maarifləndirmə;
  • Torpaq resurslarının idarə olunması və bu sahədə beynəlxalq təcrübə.

Materiallar 30 noyabr tarixinədək [email protected] elektron ünvanına göndərilməlidir. Təşkilat komitəsi tərəfindən seçilmiş və tədbirdə təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.

Burada əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim olunacaq.

Mətnin yazılması ilə bağlı tələblərlə aşağıdakı linkə keçid edərək tanış olmaq mümkündür:

https://t.ly/PiMNW.

Ən Çox Oxunan