20.8 C
Gence
20.8 C
Gence

Dünya Məktəbində İncəsənət və İdman Festivalı təşkil olunub

Gəncədə festival keçirilib. Bu haqda 23 may tarixində Gəncə Dünya Məktəbinə istinadən məlumat veririk.

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş İncəsənət və İdman Festivalı Gəncə Dünya Məktəbində baş tutub. Məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, region məktəbləri arasında elm və təhsil sahəsində mübadilələr üçün şərait yaratmaq, dostluq əlaqələri qurmaq və yeni əməkdaşlıqlara şərait yaratmaq olub.

Festival III mərhələdə keçirilib. Burada 6-18 yaş arası məktəblilər iştirak ediblər. Festival ümumilikdə 11 nominasiya – instrumental ifaçılıq, robotexnika, solo ifaçılıq, mini futbol, voleybol, karate-do, rəsm və rəngkarlıq, inşa, bədii qiraət və aktyorluq, şahmat və rəqs üzrə təşkil olunub.

Açılış mərasimində Hamlet İsaxanlı, Xəzər Universiteti və Dünya Məktəbinin əməkdaşları, Regional Təhsil İdarəsi, İcra Hakimiyyəti, Gəncə Yazıçılar Birliyi, Gənclər Evi və digər təşkilatlardan nümayəndələr, millət vəkilləri, regionun tanınmış incəsənət adamları, məktəb direktorları, məktəblilər və valideynlər iştirak ediblər.

Hər iştirakçı fərdi olaraq, yalnız bir nominasiya üzrə iştirak edə bilirdi. İkinci mərhələ mayın sonunda təşkil ediləcək. Burada fərqlənən iştirakçılar finala vəsiqə qazanacaqlar. Festivalın son mərhələsi iyun ayının ilk 10 günlüyündə “Qala gecəsi” formasında təşkil olunacaq. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılacaqlar.

Ən Çox Oxunan