14.7 C
Gence
14.7 C
Gence

Dünya Birjalar Federasiyası ADAU-da seminar təşkil edir

Gəncədə maliyyə ilə bağlı seminar keçiriləcək. Bu haqda 5 oktyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

“Ring the Bell for Financial Literacy” adlı seminar Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası və ADAU-nun birgə iştirakı ilə 6 oktyabr tarixində saat 10:00-da 2 saylı Tələbə evinin akt zalında təşkil olunacaq.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildən etibarən Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlıq edir. Hər il Dünya Birjalar Federasiyası üzvləri olan birjalarla birlikdə investorlara dəstək göstərilməsi məqsədilə “Ring the Bell for Financial Literacy” tədbiri həyata keçirir.

Ən Çox Oxunan