Gəncədə ödənişsiz müayinə aksiyası təşkil ediləcək. Bu haqda sentyabrın 17-si sosial şəbəkələrdə məlumat paylaşılıb.
Tibbi aksiya Ankara MedicLab klinikasında obktyabrın 1-i keçiriləcək. Xəstəxananın pediatrı doktor Ayana Hüseynovanın balaca pasiyentlər üçün müayinəsi ödənişsiz olaraq həyata keçiriləcəkdir.
Həkim tərəfindən müalicə edilən xəstəliklər aşağıdakılardır:
- Anemiyalar;
- Qurd xəstəlikləri;
- Allergik xəstəliklər;
- Pediatrik çek-ap müayinələr;
- Avitaminoz və hipervitaminozlar;
- Mədə bağırsaq və tənəffüs sistemi xəstəlikləri;
- Uşaqlarda böyümə və inkişaf dəyərləndirilməsi;
- Peyvənd təqviminə uyğun peyvənd öncəsi müayinələr;
- Yenidoğulmuşların müayinələri və 1 yaşa qədər aylıq rutin müayinələrin aparılması.
Ətraflı məlumat üçün (099) 302 95 55 nömrəsi ilə əlaqə saxlamaq olar. Klinika Atatürk prospekti, 264 ünvanında yerləşir.