5.8 C
Gence
5.8 C
Gence

Ödənişsiz oftalmoloq müayinəsi təşkil olunacaq

Gəncədə ödənişsiz müayinə həyata keçiriləcək. Bu haqda 19 sentyabr tarixində Gəncə Memorial Hospitalına istinadən məlumat veririk.

Oftalmoloq, cərrah Elvin Yadigarov pasiyentləri ödənişsiz qəbul edəcək. Aksiya 24 sentyabr tarixində keçiriləcək.

Həkim tərəfindən müalicə edilən xəstəliklər aşağıda göstərilib:

  • Ekzimer lazer (lasik, prk, ptk);
  • Çəpgözlüyün korreksiyası;
  • Keratokonusun müalicəsi (krosslinkinq, intrastromal rinq);
  • Katarakta əməliyyatı (Fako+İOL implantasiyası);
  • Qlaukoma əməliyyatları (trabekuloektomiya, drenaj vasitələrinin tətbiqi) pterigiumun autoqreft üsulu ilə ləğvi;
  • Dakriorinostomiya;
  • Blefaroplastika;
  • Ptoz, xalazion əməliyyatları;
  • Torlu qişanın arqon lazer fotokoaqulasiyası;
  • İntravitreal inyeksiyalar (avastin, lucentis, eylea) və s.

Müayinəyə öncədən yazılmaq vacibdir. Bunun üçün qeyd edilən nömrələrdən istifadə etmək olar:

  •  (022) 428 97 97;
  •  (070) 628 97 97;
  •  (070) 528 97 97 (WhatsApp).

Klinika Şah İsmayıl Xətai prospekti 550 ünvanı, “Dan Ulduzu” şadlıq sarayının yanında yerləşir.

Ən Çox Oxunan