26.4 C
Gence
26.4 C
Gence

Ödənişsiz maarifləndirici təlim baş tutacaq

Gəncədə sahibkarlar üçün təlim keçiriləcək. Bu haqda 8 may tarixində Gəncə KOB İnkişaf Mərkəzinə istinadən məlumat veririk.

“Öz biznesinə başla” mövzusunda maarifləndirici təlim KOBİM tərəfindən 12 may saat 10:30-da təşkil olunacaq. Ödənişsiz təlim zamanı təlimçi İlkin Dövlətov aşağıdakı mövzulardan danışacaq:

  • GZİT (SWOT) analizi;
  • Biznesin inkişafında marketinq;
  • Aylıq satış, istehsal və tədarük, gəlir və xərc planlarının əhəmiyyəti;
  • Biznesin hüquqi təşkilatlanması;
  • Bazarın öyrənilməsi və biznes ideyanın reallaşmasındakı əhəmiyyəti;
  • Biznes strategiyaları.

İştirak etmək üçün (055) 213 11 24 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Ən Çox Oxunan