Gəncədə ingilis dili kursuna qeydiyyat aparılır. Bu haqda 5 aprel tarixində Gəncə Gənclər Evinə istinadən məlumat veririk.
Gənclər Elementary səviyyəsi üzrə ödənişsiz danışıq kursuna qatıla bilərlər. Dərslər həftənin I, III və V günləri səhər və ya günorta Hüseynxan Hacızadə tərəfindən keçiriləcək.
Qatılmaq üçün qeyd olunan link vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Son müraciət tarixi 6 aprel saat 18:00-dır.
Əlavə məlumat əldə etmək istəyənlər (055) 350 31 41 nömrəsi ilə əlaqə saxlaya bilərlər.