5.8 C
Gence
5.8 C
Gence

DİM-in regional bölməsinin rəhbəri ilə görüş baş tutub

Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsinin rəhbəri könüllülərlə görüşüb. Bu haqda 4 iyul tarixində ASAN könüllülərinə istinadən məlumat veririk.

Tədbir 1 və 2 saylı Gəncə regional ASAN xidmət mərkəzlərinin birgə təşkilatçılığı ilə baş tutub. Burada mərkəzlərin direktorları Turqut Mustafazadə və Arzu Qocayeva və DİM-in Gəncə regional bölməsinin rəhbəri Nəsimi Məmmədov çıxış ediblər. Onlar dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması, hər il bu bayram münasibətilə təltif edilməsinin, dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğu qeyd olunub.

DİM-in Gəncə regional Bölməsinin böyük məsləhətçisi Sərxan Ağayev “Dövlət qulluğuna qəbul qaydaları” haqda məlumat verib. Sonda könüllülərin sualları cavablandırılıb.

Ən Çox Oxunan