25.4 C
Gence
18.5 C
Ganja

İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsinə başsağlığı veriblər

Gəncə İcra Hakimiyyətinin əməkdaşları şəhidin ailəsini ziyarət ediblər. Bu haqda 18 sentyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

Vətən müharibəsində həlak olmuş Nihat Nicat oğlu Verdiyevin ildönümü keçirilib. Mərasimdə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və aparatın məsul əməkdaşları iştirak ediblər. Onlar şəhidin ailəsini ziyarət edib və başsağlığı veriblər.

Qeyd edək ki, Nihat Verdiyev Prezident tərəfindən “Vətənə xidmətə görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.