Gəncədə səyyar görüş keçirilib. Bu haqda 13 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
İcra başçısı Niyazi Bayramov 34 nömrəli tam orta məktəbdə vətəndaşları qəbul edib. Onunla birgə görüşdə icra başçısı aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlər onları narahat edən məsələləri səsləndiriblər. Onların arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil növbəliyi, maddi yardımın göstərilməsi və s. məsələlər üstünlük təşkil edib.
Müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq həll edilməsi üçün qeydiyyata götürülüb.