Gəncə sakinləri ilə görüş təşkil olunub. Bu haqda 16 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
İcra başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Tədbirdə aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və YAP şəhər təşkilatının sədri iştirak ediblər.
Burada sakinlər çıxış edərək, öz şikayət və təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər yer alıb.
Niyazi Bayramov səsləndirilən məsələlərin həlli üçün müəyyən tapşırıqlar verib. Problemlərin bir çoxu yerindəcə aradan qaldırılıb.