16.4 C
Gence
16.4 C
Gence

Əcnəbilərlə maarifləndirici söhbətlər aparılıb

Gəncədə oxuyan əcnəbi tələbələr üçün maarifləndirici tədbir keçirilib. Bu haqda 24 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetinə istinadən məlumat veririk.

Tədbiri Dövlət Miqrasiya Xidməti təşkil edib. Qurumun əməkdaşları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, onlara respublika ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi qaydalarından danışıblar. Tədbirdə əmək miqrasiyası və onun hüquqi tənzimlənməsi, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyətlər haqda da məlumat verilib.

 

Ən Çox Oxunan