16.4 C
Gence
16.4 C
Gence

Əcnəbi tələbələrin miqrasiya məsələləri ilə əlaqədar görüş baş tutub

Gəncədə miqrasiya ilə bağlı tədbir keçirilib. Bu haqda 25 may tarixində GDU-ya istinadən məlumat veririk.

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə həsr olunan görüş Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə baş tutub. Tədbirdə Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidmətinin nümayəndələri və ali təhsil müəssisələrinin səlahiyyətli nümayəndələri iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərini Tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayev əcnəbi tələbələr üçün maarifləndirmə tədbirlərinin təşkil olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov adıçəkilən sahədə ali təhsil müəssisələri tərəfindən görülən işlər barədə danışıb.

Tədbirdə Gəncə Dövlət Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təmsil edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən Çox Oxunan