16.4 C
Gence
16.4 C
Gence

İcbari tibbi sığorta ilə bağlı maarifləndirmə tədbiləri davam etdirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə filialının mütəxəssisləri maarifləndirmə işlərini davam etdirirlər. Bu haqda məlumat iyunun 17-si sosial şəbəkələrdə paylaşılıb.

Adıçəkilən qurumun Gəncə filialının nümayəndələri Göygöl Rayon Mərkəzi Xəstəxanasında olublar. Tədbir adıçəkilən tibb ocağının təşəbbüsü, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Mütəxəssislər Prezident İlham Əliyevin icbari tibbi sığorta ilə bağlı imzaladığı fərmanlar haqda məlumat veriblər. İştirakçılar layihənin respublikamızdakı tətbiqindən və rayon əhalisinin ondan istifadə qaydaları haqqında geniş bilgi əldə ediblər.

Göygöl Rayon Mərkəzi Xəstəxanasından foto
Göygöl Rayon Mərkəzi Xəstəxanasından foto

Ən Çox Oxunan