Gəncədə küçələrdən birinə minlərlə gül əkilib. Bu haqda 15 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
Söhbət şəhərin Cavadxan küçəsindən gedir. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin əməkdaşları burada mövsümi güllər əkiblər. Onlar şəhərin mərkəzi və tarixi küçəsindəki güldanları 5000-ə yaxın primula, kaltselariya, sxizantus və marqarita kimi göz oxşayan güllərlə bəzəyiblər.
Qeyd olunub ki, şəhər sakinlərinin və qonaqların daha çox üz tutduğu Cavadxan küçəsində insanların mənalı istirahətinin təmin olunması məqsədilə MKTİB tərəfindən bir çox layihələr həyata keçirilir.