24.7 C
Gence
24.7 C
Gence

“Cığır” tarixi romanının təqdimat mərasimi baş tutub

Gəncədə kitab təqdimatı keçirilib. Bu haqda 23 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.

Yazıçı-publisist Yunus Oğuzun “Cığır” tarixi romanı təqdim olunub. Tədbir İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub. Burada İH-nin nümayəndələri,  Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Vənnətov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölməsinin müdiri Həsən Məmmədov, idarə-müəssisə rəhbərləri, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, şəhər ziyalıları, tarixçilər, tələbə-gənclər iştirak ediblər.

Tədbirin qonaqları “Cığır” tarixi romanı barədə fikirlərini bildiriblər. Əsər Pənahəli xanın Şuşanı inşa etdirməsindən başlayaraq 8 noyabr 2020-ci il – Şuşanın işğaldan azad edilməsinədək olan dövrü əhatə edir. Romandakı bütün obrazlar, əsasən, öz isimləri ilə adlandırılıblar.

Sonda şəhid ailələri və qazilərə “Cığır” romanı hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.

Ən Çox Oxunan