17.5 C
Gence
17.5 C
Gence

“Bu yol Heydər yoludur” adlı müsabiqə baş tutub

Gəncədə müsabiqə təşkil olunub. Bu haqda 25 may tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

“Bu yol Heydər yoludur” adlı inşa müsabiqəsinin region mərhələsi keçirilib. Burada ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd Heydər Əliyevin həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

Region mərhələsində 33 şagird iştirak edib. Müvafiq yerlərə layiq görülən məktəblilər təşəkkürnamə və hədiyyələrlə təltif olunacaqlar.

Ən Çox Oxunan