Gəncə universitetinin tələbələri ən çox kredit götürənlər siyahısında yer alıblar. Bu haqda 2 noyabr tarixində Azərforum-a istinadən məlumat veririk.
Söhbət 2021-ci ildən fəaliyyətə başlayan Təhsil Tələbə Krediti Fondundan gedir. Bildirilir ki, təhsil krediti alan tələbələrin sayı 25 minə çatıb. Onlardan 72,47 faizi bakalavriat, 23,64 magistratura, 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində təhsil alan tələbələrdir.
Təhsil müəssisələri üzrə rəsmiləşdirilən kredit müraciətlərinin sayına görə ilk beşliyin siyahısı hazırlanıb. Burada ikinci pillədə Gəncə Dövlət Universiteti yer alıb.
Qeyd edək ki, siyahıya Azərbaycan Dövlət İqtisad Universiteti liderlik edir.