16.9 C
Gence
16.9 C
Gence

Bu gün iki şəhidin mövlududur

Bu gün şəhid Araz Məmmədov və Mədət Əhmədovun mövlud günüdür.

Araz Telman oğlu Məmmədov 18 noyabr 1980-ci ildə Şəmkir şəhərində anadan olub. 1986-cı ildə 1-ci sinfə gedib. 2001-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 27 yanvar 2003-cü ildə MAXE hərbi qulluqçu kimi çalışıb. 6 mart 2014-cü ildə minaatan manqasında sürücü kimi fəaliyyətinə davam edib.

Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində Murovdağ  istiqamətində gedən döyüşlərə qatılıb. 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 11 dekabrda isə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Mədət Hümbət oğlu Əhmədov 18 noyabr 1954-cü ildə Daşkəsən rayonunun Əmirvar kəndində anadan olub. 1972-1974-cü illərdə sovet ordusunda xidmət edib. Daha sonra Rusiya Federasiyasının Kalininqrad şəhərində Ali Hərbi Məktəbə qəbul olunub və həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək leytenant rütbəsinə yüksəlib.

1980-ci ildən etibarən Gəncədə yerləşən hərbi aeroportda «İl-76» markalı təyyarədə işləyib. 1983-1984-cü illərdə təyyarəçi işlədiyi müddət ərzində Hindistanda, Əfqanıstanda, Vyetnamda dövlət əhəmiyyətli xüsusi tapşırıqlı səfərlərdə olub.

I Qarabağ müharibəsi zamanı, 1 yanvar 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. O, Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Ən Çox Oxunan