Bu gün şəhid Sevda Cabbarova və Mehman Məmmədovun doğum günüdür.
Sevda Cabbarova 4 fevral 1954-cü ildə Ağdaş rayonunun Kükər kəndində anadan olub. Uşaq yaşlarında valideynlərini itirən Sevda kimsəsiz olduğu üçün uşaq evinə qoyulub. O, 3 saylı internat məktəbini bitirib, sonra isə Gəncə şəhərinə gələrək ilk əmək fəaliyyətinə Onkoloji Dispanserdə tibb bacısı kimi başlayıb. O, ailə qurduqdan sonra Gəncə Toxuculuq fabrikasında işləyib.
I Qarabağ müharibəsi zamanı Sevda könüllü olaraq cəbhəyə yollanıb. O, 143 saylı hərbi hissənin tərkibində Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Sevda Cabbarova 8 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Mehman Cəmil oğlu Məmmədov 4 fevral 1975-ci ildə Gəncədə anadan olub. Mehman 9 saylı texniki-peşə məktəbini bitirib. 6 fevral 1993-cü ildə həqiqi hərbi xidmətə yollanıb. Bir müddət Bakıda təlim keçəndən sonra Ağdərə rayonuna göndərilib.
Mehman Məmmədov 12 aprel 1994-cü ildə şəhidlik zirvəsinə ucalıb.