Bu gün şəhid Mehman Cəfərov və Nəsimi Əmiraslanovun doğum günüdür.
Mehman İsaq oğlu Cəfərov 2 fevral 1960-cı ildə Gəncədə anadan olub. Orta təhsilini 44 saylı məktəbdə alıb.
O, 1993-cü il 4 iyun Gəncə hadisələri zamanı şəhidlik zirvəsinə ucalıb. Mehman Cəfərov Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Cəfərovun Vətənə əmanət 4 övladı qalıb.
Nəsimi Ağamməd oğlu Əmiraslanov 2 fevral 1970-ci ildə Gəncədə anadan olub. 15 nömrəli texniki peşə məktəbini bitirib. Saxalində hərbi xidmətdə olub. Daha sonra “Azəri” kiçik müəssisəsində çalışıb. I Qarabağ müharibəsi zamanı könüllü olaraq orduya yazılıb.
Əmiraslanov Nəsimi Ağamməd oğlu 18 yanvar 1993-cü ildə mühasirəyə düşən dostlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb.