24.7 C
Gence
24.7 C
Gence

Bu gün şəhid Hikmət Həsənovun dəfnindən bir il ötür

Hikmət Həsənov bir il bundan öncə Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub. Bu haqda Gencexeber.az-a 6 dekabr tarixində məlumat daxil olub.

Vətən müharibəsinin ilk günlərindən etibarən qızğın döyüşlərdə iştirak edən Hikmət 1 oktyabrda şəhidlik zirvəsinə ucalmışdır. Uzun müddətdən sonra Hikmətin tapılan nəşi 6 dekabr tarixində Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Hikmətin vətənə əmanət iki övladı qalıb.

Həsənov Hikmət Fikrət oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur.

Ən Çox Oxunan