16.4 C
Gence
16.4 C
Gence

Bu gün Şəhid Fizuli Əmirovun mövlududur

Bu gün şəhid Fizuli Əmirovun doğum günüdür.

Fizuli Yadulla oğlu Əmirov 17 noyabr 1959-cu ildə Gəncədə anadan olub. 1974-cü ildə orta məktəbi bitirib. Daha sonra 42 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib.

1978-1980-ci  illərdə Estoniyada Hərbi Hava Qüvvələri qoşunlarında xidmətdə olub. 1980-1986-cı illərdə Təmir-tikinti  idarəsində fəhlə işləyib.

I Qarabağ müharibəsi zamanı 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və Drambon, Çıldıran, Poqamoser döyüşlərində iştirak edib. Fizuli Əmirov 11 noyabr 1992-ci ildə Ağdərənin Vənq kəndi uğrunda gedən ağır döyüşdə şəhidlik zirvəsinə ucalıb. O, Gəncə şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan