10.3 C
Gence
10.3 C
Gence

Bu gün Şəhid Fərhad Yusifovun mövlududur

Bu gün şəhid Fərhad Yusifovun doğum günüdür.

Fərhad Həmid oğlu Yusifov 30 noyabr 1948-ci il tarixində Goranboy rayonunun Kürəkçay kəndində anadan olub. O, 3 yaşında ailəsi ilə birlikdə Gəncəyə köçüb. Burada 20 nömrəli orta məktəbi bitirdikdən sonra, 1965-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Kamçatkada qulluq edib.

1991-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq cəbhəyə yollanıb və 708 saylı hərbi hissədə xidmətə başlayıb. O, döyüş yoldaşlarını dəfələrlə mühasirədən azad edərək düşmənin silahlı qüvvələrinə ciddi zərbələr endirib.

4 sentyabr 1992-ci il tarixində Fərhad Yusifov Ağdərə bölgəsinin Çıldıran kəndi uğrunda gedən qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Onun nəşi Gəncə şəhərinə gətirilib və Şəhidlər xiyabanında dəfn olunub.

Ən Çox Oxunan