25.5 C
Gence
17.5 C
Ganja

Bu gün gəncəli Səyavuş Hüseynlinin doğum günüdür

Səyavuş Kərim oğlu Hüseynli 2 sentyabr 1971-ci ildə Gəncədə anadan olub.

O, 1988-1992-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Dram teatrı və kino aktyorluğu” fakültəsində təhsil alıb. O, 1989-cu ildən “Gənclər” teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Səyavuş 1992-1993-cü illərdə “ANS” telekanalı ilə əməkdaşlıq edib, “Tramvay”, “Tramvay 2”, “Çarli Çaplin”, “8 Mart” və digər qısametrajlı komediya filmlərində baş rollarda çəkilib və ssenari müəllifi olub. O, 1997-1999-cu illərdə “Space” telekanalı ilə əməkdaşlıq edib. Səyavuş Hüseynli bu müddətdə bir sıra əyləncəli proqramlarda və reklam çarxlarında rejissor, müəllif, aparıcı kimi fəaliyyət göstərib.

Səyavuş 3 noyabr 1998-ci ildə yaranan “SOY production” şirkətinin təsisçilərindən biri və bədii rəhbəri idi. “SOY” şirkətinin ilk layihəsi olan “Həftə Çal-Çağırı” əyləncəli-informasiya proqramında aparıcı və müəllif olub. Bundan əlavə, o, “Yeni Ulduz” müsabiqəsinin yaradıcılarından biri idi.

O, 2007-2011-ci illərdə “BİZ+” jurnalının baş redaktoru olub.

Səyavuş Hüseynli hazırda MTV Azərbaycan telekanalının bədii rəhbəridir. O, həmçinin “Real TV”də yayımlanan “Real Vətən” telelayihəsinin rəhbəri və aparıcısıdır.

Mənbələr:

  1. http://az.baku-art.com/az/bu-gun-aktyor-teleaparic-rejissor-seyavush-h-seynlinin-dogum-g-n-d-r
  2. https://xeber.media/news/17866679/mtv-azerbaycanin-bedii-rehberi
  3. https://www.youtube.com/watch?v=V8d8OR2u0tI&t=176s
  4. http://www.azerform.com/az/real-veten-yeni-movsumde-video