22.5 C
Gence
22.5 C
Gence

Bu gün Gəncəli şəhidin doğum günüdür

Bu gün Gəncə şəhidi İlham Məmmədovun doğum günüdür. Onun 23 yaşı tamam olacaqdı.

İlham Rauf oğlu Məmmədov 14 fevral 1999-cu ildə Gəncədə dünyaya gəlib. 2016-cı ildə 15 nömrəli tam orta məktəbi bitirib.

İlham Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılmışdır. O, Xocavənd rayonunun Ağoğlan (Hadrut), Füzuli və Qubadlı rayonlarının azadlığı uğrunda vuruşub.

9 noyabr 2020-ci ildə Xocavənd ərazisində şəhidlik zirvəsinə ucalan İlham Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Məmmədov Prezident İlham Əliyevin aşağıda göstərilən sərəncamları əsasında ölümündən sonra təltif edilib:

  • “Vətən uğrunda”;
  • “Döyüşdə fərqləndiyinə görə” medalı;
  • “Xocavəndin azad olunmasına görə”.

Ən Çox Oxunan