25.8 C
Gence
25.8 C
Gence

Bu gün Gəncə Şəhidlər xiyabanı ziyarət olunub

Gəncə Şəhidlər xiyabanında anım tədbiri keçirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 19 oktyabr tarixində xəbər verib.

Şəhər sakinləri və qonaqları bu gün, səhər saatlarından xiyabana yığışıblar. Tədbirdə Kəpəz və Nizami rayonlarının İcra başçıları iştirak ediblər. Şəhidlərin qəbirləri önündə dualar oxunub, onların əziz xatirəsi anılıb.

Daha öncə, 17 oktyabr tarixində bir sıra məktəblərin şagirdlərinin Gəncə terroru zamanı dağılmış əraziləri ziyarət etmələri haqda xəbər vermişdik.

Ən Çox Oxunan