14.1 C
Gence
11.5 C
Ganja

Bu gün 10 şəhidimizin ildönümüdür

Gəncədə şəhidlərin əziz xatirəsi yad edilib. Bu haqda Gencexeber.az-a 17 noyabr tarixində məlumat daxil olub.

Vətən müharibəsi zamanı şəhid olmuş qəhrəmanlarımızın məzarları ailə üzvləri, qohumları və dost-tanışları tərəfindən ziyarət olunub. İgidlərin əziz xatirəsinə dualar oxunub və məzarlarına güllər düzülüb.

Nadir Elçin oğlu Abbasquliyev Şuşa – Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

İsmayıl Elmar oğlu Mustafayev, Şöhrət Cambulat oğlu Əliyev, Anar Qəhrəman oğlu Məmmədov və Elşad İsa oğlu Fərəcullayev Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olublar.

Surxay Cümşüd oğlu Cəfərov, Rəşad Fərəməz oğlu Məmmədov və Asif Yolçu oğlu Qocayev Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Məhəmməd Qiyas oğlu Hüseynov Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Natiq Yusif oğlu Əliyev isə Laçın rayonu istiqamətində antiterror əməliyyatı yerinə yetirilərkən şəhidlik zirvəsinə ucalıb.

Ən Çox Oxunan