19.7 C
Gence
19.7 C
Gence

İbtidai sinif müəllimləri təlimlərə cəlb olunublar

Gəncədə müəllimlər üçün təlimlər keçirilib. Bu haqda 10 aprel tarixində Regional Təhsil İdarəsinə istinadən məlumat veririk.

Təhsil İnstitutu tərəfindən “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə  ixtisasartırma təlimlərinə başlanılıb. Buraya sertifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri cəlb olunurlar.

Təlimlər həftənin şənbə və bazar günləri baş tutur. Burada Gəncədən 125 müəllim iştirak edir.

Ən Çox Oxunan