Gəncədə sahibkarlar üçün tədbir keçiriləcək. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.
“BSC Consulting”in nümayəndələri Nizami yurdunun qonağı olacaqlar. Şirkət 24 noyabr tarixində dəyirmi masa təşkil edəcək. Burada maliyyə sanksiyalarına məruz qalmamaq üçün hansı hərəkətlərin (hərəkətsizliyin) hüquq pozuntusu olduğu barəsində məlumata sahib olmaqla yanaşı, müzakirələrdə iştirak etmək imkanı yaradılacaq, həmçinin digər hüquqlarla bağlı (korporativ hüquq, əmək hüququ və s.) bütün suallar cavablandırılacaq.
Qatılmaq istəyən şəxslər ad, soyad, təmsil etdiyi qurum, icra etdiyi vəzifə, elektron poçt ünvanı və əlaqə nömrəsini qeyd etməklə (051) 230 51 99 nömrəsinə müraciət edə bilərlər.