14.7 C
Gence
14.7 C
Gence

Brilliant Dadaşova sürət qatarının qiymətindən narazı olduğunu bildirib

Xalq artisti Bakı-Gəncə qatarının qiymətindən narazılığını bildirib. Bu haqda 6 oktyabr tarixində Qafqazinfo-ya istinadən məlumat veririk.

Xalq artisti Brilliant Dadaşova Instaqram hesabında gedişhaqqı tarifindən narazı olduğunu bildirib. O, paylaşımda belə qeyd edib:

“Dünən Gəncəyə qatarla gəldim, bu gün də qatarla qayıdırıq. Dostumuzun oğlunun toyu idi. Maşallah olsun, qatarımıza baxın, rahat-rahat. Elə bilərsiniz, reklam edirəm, pulunu vermişəm. Sadəcə bahadır. Həqiqətən də çox bahadır. Yəni adambaşı 100 yox, 50 manat olsa, çox əla olardı. Amma rahatdır, dünyanın bərkgedən ölkələrində belə bu cür vaqonlar yoxdur”.

Müğənni “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə də səslənib. Brilliant Dadaşova “Bəlkə səsimizi eşidərlər, bir az ucuzlaşdırarlar. Zəhmət olmasa, bu biletləri bir az ucuzlaşdırın, tez-tez gedib gələk”, – deyə müğənni bildirib.

Qeyd edək ki, söhbət birinci sinfin qiymətlərindən gedir.

Ən Çox Oxunan