Gəncədə gənclər üçün təlim təşkil olunacaq. Bu haqda 16 iyul tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
“İdeyaları necə dəyərləndirməliyik?” mövzusunda keçiriləcək təlim 6-7 avqust tarixlərində “Brand Your Idea” layihəsi çərçivəsində baş tutacaq. Təlimçi Vüsal Kərimov iştirakçılarla bu sualın cavablarını, sahənin əsas anlayışlarını və diqqət yetirilməli olan nüansları bölüşəcək.
Qeyd edək ki, iştirak ödənişsizdir. Qeydiyyat mütləqdir.