Gəncədə növbəti təlimlərin vaxtı və mövzusu açıqlanıb. Bu haqda 18 iyul tarixində Art Garden Ganja-ya istinadən məlumat veririk.
“Brand Your Idea” layihəsi çərçivəsində ikinci təlim 13-14 avqust tarixlərində “Məhsulun hazırlanması” mövzusunda baş tutacaq. Təlimçi Rəşad Nəzərli iştirakçılarla sahənin əsas anlayışlarını və diqqət yetirilməsi lazım olan nüansları bölüşəcək.
Qeyd edək ki, iştirak ödənişsizdir. Qeydiyyat mütləqdir.