25.5 C
Gence
17.5 C
Ganja

Boksçumuz keçirdiyi 15 döyüşün hamısında qələbə qazanıb

Boksçumuz beynəlxalq yarışda qələbələrinin sayını daha da artırır. Bu haqda məlumatı iyunun 11-i Dünya TV-yə istinadən veririk.

Türkiyənin İstanbul şəhərində boks üzrə yarış keçirilir. Peşəkarlar arasında WBS kəməri uğrunda qızğın mübarizə gedir. Gəncəli boksçu Şahlar Nağıyev növbəti döyüşünü keçirib. İdmançımız Türkiyəli həmkarını ilk raundda məğlub edib.

Nəticə etibarilə Şahlar Nağıyev keçirdiyi 15 döyüşün hamısında qələbə qazana bilib.

Turnirdə Şahlar Nağıyevlə yanaşı ölkəmizi daha 3 boksçu təmsil edir. Onlar da qələbə qazanıb. Şahlar isə hazırda WBS kəmərini əldə etmək məqsədilə sentyabr ayında keçiriləcək döyüşlərə hazırlaşır.