12.5 C
Gence
10.5 C
Ganja

Bir xanım evində şəhidlərin xatirəsini əbədiləşdirib

Gəncə sakini evini muzeyə çevirib. Bu haqda 20 noyabr tarixində “Kəpəz”ə  istinadən xəbər veririk.

Elnarə Tağıyeva şəhidlərin əziz xatirəsini əbədiləşdirmək üçün evində muzey yaradıb. Burada 1200-dən çox şəhidin xatirəsi qorunur. O, Azərbaycanın hər bir bölgəsinə özü gedərək, şəhid ailələri ilə görüşüb və onlara aid əşyalardan birini muzeyə eksponat kimi gətirib.

Burada, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun əşyaları və müharibədə ermənilərin atıb qaçdığı qənimətlər də var.

“Muzeyimizə tələbələr və şagirdlər gəlirlər. Biz onlara qələbəmiz haqqında bəhs edəndə bunları göstərərək deyirik ki, torpaqlarımız işğaldan azad olunduqca, bayrağımız yüksəkdikcə ermənilər əşyalarını qoyub qaçırdılar. Bu da bizim qələbəmizdən xəbər verən xüsusi bir lövhədir” – deyə muzey təsisçisi bildirib.

Ən Çox Oxunan