21 C
Gence
21 C
Gence

Bir sıra vəzifəli şəxslər sakinlərlə görüşüblər

Gəncədə vətəndaş qəbulları baş tutub. Bu haqda 1 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.

Görüşləri icra başçısının müavinləri və şöbə müdirləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi keçiriblər. Burada sakinlərin şikayət və təklifləri dinlənilib, səsləndirdikləri müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb, digər məsələlər isə nəzarətə götürülməklə müvafiq qurumlara yönləndirilib.

Qeyd edək ki, sakinlər vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, icra başçısının, birinci müavinin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.

Ən Çox Oxunan