16.4 C
Gence
16.4 C
Gence

Bir sıra ərazilərə mövsümi güllər əkilib

Gəncə mövsümi güllərlə bəzədilir. Bu haqda 23 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhərin Nizami Gəncəvi prospektində yerləşən dairələrə, qərb istiqamətindəki magistralın hər iki tərəfinə və Qala Qapıları ərazisinə primula, kalseolyariya və suzan gülləri, lavanda və rozmarin gül kolları əkilib. Həmçinin burada mövcud yaşıllığa qulluq göstərilib, bitkilər suvarılıb.

Qeyd olunub ki, analoji gül əkini aksiyaları bayram günləri ərəfəsində davam etdiriləcək.

Ən Çox Oxunan