10.3 C
Gence
0.5 C
Ganja

Bir sıra müğənnilərin iştirakı ilə açılış mərasimi keçiriləcək

Gəncədə konsert proqramı baş tutacaq. Bu haqda 17 noyabr tarixində “Gəncə Qalası”na istinadən məlumat veririk.

“Gəncə Qalası”ında “Sehirli Qala” Uşaq Əyləncə Mərkəzi açılacaq. Mərasim 18 noyabr saat 13:00-da təşkil olunacaq. Burada açılışa özəl proqram hazırlanıb.

Tədbirdə Ədalət Şükürov, Damla, Nəfəs və “Daşlı Qaya” qrupu çıxış edəcək. Həmçinin uşaqlar üçün əyləncəli kompozisiyalar və hədiyyələr də olacaq.

Açılış mərasimində iştirak ödənişsizdir. Burada, həmçinin attraksion oyun aparatları üçün pulsuz jetonlar təqdim ediləcək.

Qeyd edək ki, “Gəncə Qalası” Şeyx Bahəddin küçəsi, 22 ünvanında (keçmiş Kolxoz bazarının yerində) yerləşir.

Ən Çox Oxunan