15.3 C
Gence
15.3 C
Gence

Bir çox ərazilərdə qurumuş ağaclara rast gəlinir

Gəncədə bir sıra ərazilərdə ağaclar quruyur. Bu haqda Gencexeber.az-a 5 may tarixində məlumat daxil olub.

Bu hal şəhərin Cavad Xan küçəsi, Nizami kinoteatrının yanı, Tağı Arani, Həsən Əliyev, 4 nömrəli məktəbin həyəti, türmənin yanı, Mirzə Abbas Abbaszadə, Dədə Qorqud küçəsində yerləşən Fikrət Əmirov parkında, Dədə Qorqud küçəsi, GDU-nun yataqxanasının yaxınlığında, Nəriman Nərimanov parkında və s. yerlərdə müşahidə olunur. Adıçəkilən ərazilərdə çoxillik ağaclar quruyub.

Sakinlərin sözlərinə görə, buna səbəb bitkilərin sulanmaması, onlara vaxtında qulluq göstərilməməsidir.

“Yaşıl şəhərimizi belə görmək bizi üzür. Qurumuş ağaclara artıq çox yerdə rast gəlmək mümkündür. Biz sakinlər bacardığımız qədər sulayırıq. Bundan başqa, qurumuş ağacları kəsmirlər. Güclü külək əsəndə həmin ağaclar evlərin, maşınların, insanların üstünə yıxıla bilər. Bu məsələ ilə bağlı tədbirlərin görülməsini arzu edirik”, – deyə sakinlər bildirirlər.

Ən Çox Oxunan