Gəncədə bir nəfər xilas edilib. Bu haqda 24 may tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat veririk.
Günorta saatlarında FHN-in “112” qaynar xəttinə bir nəfər şəhər sakininin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması haqda məlumat daxil olub.
Əraziyə FHN-in xilasetmə qüvvələri cəlb edilib. Əməkdaşlar mənzilin qapısını açıb və vətəndaşa müvafiq köməklik göstəriblər.