Gəncədə parklardan biri səliqəyə salınıb. Bu haqda 29 mart tarixində MKTİB-yə istinadən məlumat veririk.
Bir neçə gün öncə Gəncəçayının sağ sahilində, şəhərin Məmməd Bürcəliyev küçəsində yerləşən parkın baxımsız halda olması barədə məlumat paylaşmışdıq. Burada sakinlərin dincəlməsi üçün cəmi iki skamya var idi. Bundan başqa, ərazidə zibil qutuları qoyulmamışdı.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-Tikinti və Qəza xidməti şöbəsi adıçəkilən parkda sakinlərin istirahəti üçün buradakı şəraiti yaxşılaşdırıb. Əraziyə yeni skamyalar və kiçiktutumlu zibil qutuları yerləşdirilib. Bundan başqa, istirahət məkanında Təmizlik və Yaşıllaşdırma şöbəsi tərəfindən iməcilik və yaşıllaşdırma işləri həyata keçirilib. Parkda müxtəlif ağac və güllər əkilib. Həmçinin Abbas Səhhətin büstü təmizlənib, ətrafı abadlaşdırılıb.