Gəncədə əyləncə mərkəzinin açılışı olacaq. Bu haqda 15 noyabr tarixində “Gəncə Qalası”na istinadən məlumat veririk.
“Sehirli Qala” Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayır. Açılış mərasimi 18 noyabr tarixində saat 13:00-da baş tutacaq. Həmin gün xüsusi kuponu olan uşaqlara bütün attraksionlarda pulsuz istifadə hüququ veriləcək.
Kuponu əldə etmək üçün şəxsiyyət vəsiqəsi ilə “Gəncə Qalası”na yaxınlaşmaq lazımdır.
Ətraflı məlumat üçün (099) 937 20 20 nömrəsi ilə əlaqə saxlamaq olar.