12.5 C
Gence
10.5 C
Ganja

Biliyini sınamaq istəyən gənclərin nəzərinə

Gəncədə müsabiqə təşkil olunacaq. Bu haqda 22 sentyabr tarixində Gəncə Maarif Evinə istinadən xəbər veririk.

Gənclər üçün intellektual yarış keçiriləcək. Müsabiqə 24 sentyabr tarixində saat 14:00-da Gəncə Maarif Evində baş tutacaq. Yarışa 4 nəfərdən ibarət komandalar qatıla bilər.

Biliyini sınamaq istəyən gənclər aşağıdakı linkə daxil olaraq adını və komanda üzvlərini yazmaqla qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeQ5SbysA5p6cTQIS39zke0-tubaQq8q8l-4LLxsIpVjZvuMQ/viewform?embedded=true 

Qeyd edək ki, Gəncə Maarif Evi Mərkəzi kitabxananın yanında (keçmiş “Oksi Baby” mağazasının 3-cü mərtəbəsində) yerləşir.

Ən Çox Oxunan