Gəncədə növbəti konsert baş tutub. Bu haqda 16 sentyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən məlumat veririk.
Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbində “15 sentyabr – Bilik günü və 18 sentyabr – Milli musiqi günü” ilə əlaqədar konsert kecirilib. Məktəbin direktoru şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulayıb və şagirdlərə dərslərinə məsuliyyətlə yanaşmağı, yeni biliklərə yiyələnmək üçün səy göstərməyi tövsiyə edib.
Tədbir zamanı dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Sonra yığıncaq məktəbin şagirdlərinin və müəllim kollektivinin ifasında konsert proqramı ilə davam edib.