Gəncədə qadınlara özəl konsert təşkil olunacaq. Bu haqda 3 mart tarixində “GəncLand”a istinadən məlumat veririk.
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert proqramı “GəncLand” əyləncə və istirahət mərkəzində baş tutacaq. Tədbir 8 mart saat 15:00-da keçiriləcək.
Konsertdə iştirak ödənişsizdir. Arzu edən hər kəs konsertə qatıla bilər.
Qeyd edək ki, əyləncə və istirahət mərkəzi Yeni Gəncə qəsəbəsində yerləşir.