Gəncədə xəstəxana əməkdaşları üçün təlim keçirilib. Bu haqda 4 may tarixində Beynəlxalq Xəstəxanaya istinadən məlumat veririk.
İnzibati İşlər üzrə Şöbənin rəhbəri Səbuhi Bəhdəmirov “Xəstə ilə ünsiyyət və davranış”,”Emosional zəka nədir?”, “Öz emosiyalarının dərkedilməsi”, “Emosiyaların idarə olunması”, “Başqalarının emosiyalarının dərkedilməsi. Empatiya”, “Başqalarının emosiyalarını idarəetmə” mövzularında təlim keçib. Burada iştirakçılar fərdi və qrup şəklində tapşırıqlar yerinə yetirib, rol oyunları oynayıblar. Onlar üçün aktual olan konkret hadisə və vəziyyətlər müzakirə olunub, bədən dilini oxumaq üçün müxtəlif məşqlər və testlər keçirilib.