Gəncədə universitetlərin birində tədbir keçirilib. Bu haqda 17 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Gəncə Dövlət Universitetində Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir baş tutub. Burada İcra Hakimiyyəti başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, müəllim və tələbələr iştirak ediblər.
Tədbirdə tolerantlığın Azərbaycanda möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi və mədəni kökləri barədə danışılıb. Həmçinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş videoçarx nümayiş olunub.